Suraxanı rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu barədə 26 noyabr tarixində APA xəbər verib.
Yeni Suraxanı qəsəbəsində 26 yaşlı Murad Əlizadə naməlum şəxs tərəfindən bıçaqlanıb. Məlum olub ki, dava zamanı ona sol nahiyəsindən bel, döş qəfəsi və qoluna ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.