Paytaxtın Xətai rayonunun Binə qəsəbəsində gənc qız itkin düşüb. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binə qəsəbə sakini, 18 yaşlı Şəfa İsgəndərli 4 aprel tarixində yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. O, evdən çıxan zaman əynində qara rəngli gödəkçə, şalvar və köynək olub.
İtkin düşən qızı görənlərdən DİN-in "102" Çağrı Mərkəzinə və ya 012-590-72-03, 012-456-03-02, 055-751-59-82, 055-215-21-20, 050-257-55-55 nömrələrinə zəng vurmaları xahiş olunur.