Bakının Nəsimi rayonunda moped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Xırdalan şəhər sakini B.Qarayevə məxsus “Tufan” markalı mopedi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəcəfov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.