Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən binada intihara cəhd qeydə alınıb. Bu haqda bu gün, 13 aprel tarixində Qafqazinfo məlumat verib.
Gəncə sakini 30 yaşlı Mətin Məmmədov (şərti) özünü kirayə qaldığı mənzilin pəncərəsindən atıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, həmin şəxs cinsi azlıq nümayəndəsidir. Faktla bağlı araşdırma aparılır.