Bakıdakı 3 saylı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu haqda bu gün, 30 mart tarixində Penitensiar Xidmətin mətbuat xidməti məlumat verib.
Gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində kağız bükülüdə ümumi çəkisi 0,034 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.