Bakıda həbsxanaya şirniyyatın içində narkotik keçirmək istəyiblər. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Paytaxtın Nizami rayonunda yerləşən qurumun müalicə müəssisəsində 6 il 6 ay məhkum olan Akif Ələkbərovun bacısı oğlu Orxan Hüseynov qohumuna sovqat gətirib. Sovqata baxış zamanı içərisində gizlədilmiş 3 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,664 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.