Bakıda hamilə arvadını öldürən şəxsə hökm oxunub. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Pərvin Ağayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
O, cari ilin aprel ayında Metropolitenin “Qara Qarayev” stansiyası yaxınlığında hamilə olan həyat yoldaşı Şəbnəm İsmayılovanın boğaz və döş nahiyələrinə 3 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanada dünyasını dəyişib.