Vətən müharibəsi şəhidi, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı Ruslan Rəcəbovun atası Rəcəb Rəcəbov Bakıda xəstəlik səbəbindən dünyasını dəyişib. Bu haqda bu gün, 20 fevral tarixində Qafqazinfo məlumat verib.
Ruslan Rəcəbov 2020-ci il oktyabrın 31-də Xocavənd rayonu ərazisində 36 yaşında şəhid olub.
O, ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.