Paytaxtın Xətai rayonunda tələbə qız eyvandan yıxılıb. Bu haqda bu gün, 1 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Naximov küçəsi, 37 ünvanında yaşayan 20 yaşlı Aytən Məmmədova 4-cü mərtəbədəki mənzilin eyvanından yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.
A.Məmmədova Vətən müharibəsi şəhidi Rəcəb Məmmədovun bacısıdır.