Bakının Səbail rayonunda xarici vətəndaşın bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə verilən məlumata görə, əcnəbi vətəndaşın bank hesabından 846.000 rupi (təxminən 17.685 manat) qeyri-aşkar şəraitdə oğurlanıb. Aparılan tədbirlər nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin şəxsin həmyerlisi V.Bahagat müəyyən edilib. O, Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.