Paytaxtın Xətai rayonunda yerləşən “Bravo” hipermarketinə olan hücumun detalları məlum olub. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Hadisəni araşdıran əməliyyatçının sözlərinə görə, insidentdən 5 dəqiqə sonra həyəcan siqnalı çalınıb, təqribən 2 dəqiqə 30 saniyədən sonra mühafizə polisinin əməkdaşları hadisə yerinə gəliblər.
Hadisədən bir neçə saat sonra cinayəti törədən şəxslərin kimliyi müəyyən edilib. Onlardan biri paytaxtda gizləndiyi evdə tutulub, digəri isə paytaxtın mərkəzində yerləşən mənzildə zərərsizləşdirilib.
4 mart 2023-cü il tarixində Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketində silahlı atışma olmuşdu.