Paytaxtın Nəsimi rayonu, 28 May küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsində piyadının ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 7 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
“Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yolu keçən 30-35 yaşlarında kişini vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Mərhumun kimliyi dəqiqləşdirilir. Qəzanın təfərrüatları araşdırılır.
[caption id="attachment_115671" align="alignnone" width="640"]
Foto APA.az saytı[/caption]