Paytaxtın Suraxanı rayonunda ikimərtəbəli evdə yanğın baş verib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Ümumi sahəsi 170 kv.m olan iki ailəyə məxsus tikili 30 kv.m sahədə yanıb.
Evin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.