Bakı-Sumqayıt yolunda minik avtomobili yanıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
“Mercedes” markalı avtomobil hərəkətdə olarkən onun mühərrik hissəsi yanıb. Ətrafda olan vətəndaşlar sürücü ilə birgə alovu söndürüblər.
Həmçinin Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin məlumatına əsasən, Nərimanov rayonunda "Kia" markalı minik avtomobilinin mühərriki və ön hissəsi yanıb. Alışma yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.