Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub, xəsarət alan var. Bu haqda bu gün, 28 mart tarixində Report məlumat verib.
50 yaşlı Sevda Ağayeva təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ topuq sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.