Paytaxtda qarlı hava şəraitinə görə 9 və 10 yanvar tarixlərində 50 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, yanvarın 10-u Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Hadisələr zamanı xəsarət alan olmayıb, qəzaların hamısı maddi ziyanla nəticələnib.
Bakıda qeyri-sabit hava şəraitinin yanvarın 12-nə kimi olacağı gözlənilir.