Paytaxtın Suraxanı rayonu Bülbülə qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 26 noyabr tarixində Oxu.az məlumat yayıb.
Qeyd olunan ərazidə yerləşən mağazalardan birindən “E-manat” ödəmə terminalı oğurlanıb. Aparat bir qədər aralıda sındırılaraq içərisində olan 3450 manat götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Daha bir oğurluq hadisəsi Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Bu haqda Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
1,1 ton metal oğurlamağa cəhd edən Bakı şəhər sakini T.Şıxıyev və Sumqayıt şəhər sakini Ş.Sadıqov eləcə də, qrupun digər üzvləri Mingəçevir şəhər sakini İ.Səfərov və Zəngilan rayon sakini O.Ağayev saxlanılıblar.