Bakıda xəsarətlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 16 mart tarixində Report məlumat verib.
Nərimanov rayonunda avtomobil yolu keçən 20 yaşlı N.Rüstəmovanı vurub.
Yaralı qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları ilə xəstəxanaya yerləşdirilib.
Suraxanı rayonunda yolu keçən 52 yaşlı Səringül Ağalarovanı avtomobil vurub. Yaralı çanaq sümüklərinin sınığı, bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları ilə xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma davam edir.