Bakının Nəsimi rayonunda oğurluq törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, paytaxt sakini olan iki qadının içərisində 1734 manat pul, sənəd və qulaqcıq olan pulqabısı oğurlanıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Lənkəran rayon sakini N.Məmmədova müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.