Bakıda internat məktəbindən oğurluq edən şəxs tutulub. Bu haqda APA 9 fevral tarixində xəbər verib.
8 fevral tarixində Əmircan qəsəbəsindəki internat məktəbindən 20 ədəd pəncərə çərçivəsi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qiladov Suraxanı polisi tərəfindən müəyyən edilərək saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Araşdırmalar davam edir.