Bakının Nizami rayonunda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Yanvarın 8-də 2 nəfər Şirvan şəhər sakini V.Qurbanovu zorla saxlayıb öldürəcəkləri ilə hədələyərək ondan 165 manatını oğurlayıblar. Nizami RPİ 24-cü polis şöbəsi və metropoliten əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməlin törədilməsində şübhəli bilinən Şabran rayon sakini C.Hacıağayev və Culfa rayon sakini S.Əhmədova müəyyən edilərək tutulmuşlar. Müəyyən olunub ki, Hacıağayev əvvəllər də məhkum olunub.
Hadisə Nizami RPİ-də araşdırılır.