Bakının Nəsimi rayonu ərazisində ötən gün, aprelin 19-da insana məxsus olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib. Bu haqda bu gün, 20 aprel tarixində Baş Prokurorluq məlumat verib.
Hadisə yerinə baxış keçirilib, sümük fraqmentləri ekspertizaya götürülüb. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Lent.az saytının əldə etdiyi məlumata görə, hadisə Ə.Hüseynov küçəsində baş verib. Küçədəki binalardan birinin arxasında çürümüş naməlum qadın meyiti aşkar edilib.