Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “TT” adlanan kafenin yanında kişi hücuma məruz qalıb. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
29 yaşlı Salyan rayon sakini Mübariz Əzizov adıçəkilən kafedən çıxandan sonra tanımadığı səxs ona bıçaqla hədə-qorxu gələrək üz nahiyəsindən yumruqla vurub və mobil telefonunu, içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1500 manat olan pul kisəsini götürüb və hadisə yerindən qaçaraq uzaqlaşıb.
Hadisə araşdırılır.