Paytaxtın Nizami rayonunda qanunsuz olaraq saxlanılan odlu silah-sursatı saxlayan şəxs tutulub. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş 54 yaşlı Rasim Rəhimov rayon ərazisində saxlanılıb.
Ondan “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Rəhimov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə, özündə saxladığını bildirib.
Faktla bağlı araşdırma aparılır.