Bakıda toy mərasimi zamanı ölüm hadisəsi baş verib. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 17 noyabr tarixində xəbər verir.
Xətai rayonu, M.Hadi küçəsi, 152 ünvanında yerləşən “Təbrik” şadlıq sarayında paytaxt sakini, 38 yaşlı T.Aslanov saat 21:00 radələrində şadlıq sarayında keçirilən məclisdə olarkən qəfil özünü pis hiss edib.
Dərhal təcili tibbi yardıma müraciət edilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin müayinə zamanı Aslanovun ürəktutmadan vəfat etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.