Bakının Yasamal rayonunun Mətbuat prospektində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, bir nəfərin qol nahiyəsinə bıçaqla xəsarət yetirilib, ondan 30 manat talanıb.
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Fərid Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma davam edir.