Suraxanı rayonu ərazisində Bakı sakininə zor tətbiq edilərək soyğunçuluq edilib. Bu barədə bu gün, 19 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Yeni Günəşli qəsəbəsinin sakinindən, M.Orucov tərəfindən zor tətbiq edilməsi və ondan qızıl-zinət əşyalarının götürülməsi barədə polis bölməsinə ərizə daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır.