Bakıda kart oğurluq əməlində şübhəli bilinən vətəndaş saxlanılıb. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, Bakı şəhər sakini olan bir nəfərin itirdiyi bank kartı vasitəsilə yanacaqdoldurma məntəqələrinin birindən 115 manat dəyərində yanacaq alınıb.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən paytaxt sakini Süleyman Quliyev saxlanılıb. Fakt araşdırılır.