Baş prokurorluqdan verilən məlumata əsasən, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.
40 yaşlı Fəqan Şirinov iş yerində 21 yaşlı Nahid Həsənovun üzərinə qaynar su töküb. Xəstəxanaya yerləşdirilən gənc oğlan orada dünyasını dəyişib.
Faktla bağlı araşdırmaya başlanılıb.
10:49 - Bakıda kişi qaynar su səbəbindən ölüb
Bakıda üzərinə qaynar su tökülən şəxs ölüb. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
İlkin məlumata görə, Nahid Həsənovun iş yerində üzərinə qaynar su tökülüb. Zərərçəkən Nərimanov Tibb Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.