Bakının Səbail rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 7 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
“Kia” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb.