Bakıda bağ sahələrinin sənədlərini tərtib etmək istəyənlərə qarşı dələduzluq edilib. Bu haqda bu gün, 6 aprel tarixində Lent.az məlumat verib.
Paytaxt sakini E.Əliyevə qarşı “Dələduzluq təkrar törədildikdə” maddəsi ilə cinayət işi başlanıb. O, Bakıətrafı ərazilərdə torpaq sahəsi üçün arayış almaq istəyənlərə köməklik göstərəcəyini bildirib. Belə ki, o, vətəndaşlardan ümumilikdə 42.950 manat pul alıb.
Lakin sonradan Əliyev vədinə xilaf çıxıb. Aldadıldıqlarını görənlər polisə müraciət ediblər. Hazırda cinayət işi məhkəməyə göndərilib. İş üzrə 7 zərərçəkən şəxs var. Əliyev barəsində həbs-qətimkan tədbiri seçilib.