Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 14 mart tarixində APA məlumat verib.
37 yaşlı Sübhan Əliyev yolu keçərkən onu "Mercedes" markalı avtomobil vurub. Sürücü piyadaya ilkin tibbi yardım göstərmək əvəzinə, hadisə yerindən yayınıb.
Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Hadisə araşdırılır.