Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda 1 aprel tarixində Report məlumat verib.
Suraxanı rayonu, Hövsan qəsəbəsində martın 31-də A.İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Etibar Sadıqovu vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.