Nizami rayonunda lombarddan oğurluq edən şəxs saxlanılıb. Bu haqda 10 dekabr tarixində AZƏRTAC xəbər verib.
Dekabrın 6-da lombardların birindən 1200 manat dəyərində iki ədəd noutbuk və məişət əşyaları oğurlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini X.Eyyubov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.