Bakıda mağazalardan oğurluq edən şəxs saxlanılıb. Bu haqda 5 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Suraxanı rayonunda martın 3-də mağazaların birindən 500 manat pul oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.Bədəlov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki o, bundan əlavə Xətai rayonu ərazisindəki 1 mağazadan 80 manat pul, 1100 manat dəyərində mobil telefon və tütün məmulatı oğurlayıb.
Faktla bağlı araşdırma davam edir.