Paytaxtın Nəsimi və Suraxanı rayonlarında oğurluqlar edən iki nəfər tutulub. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini E.Əlixanov Nəsimi rayonunda mağazalardan birində işləyən Ş.Bayramlının, içərisində 200 manat, 2600 ABŞ dolları və şəxsiyyət vəsiqəsi olan çantanı oğurlamaqda şübhəli bilinir.
Paytaxt sakinləri S.Göyüşov, F.Sultanzadə və E.Seyidov Suraxanı rayonunda marketdən 7550 manat oğurlamaqda şübhəli bilinirlər.
Hər iki faktla bağlı araşdırmalar davam edir.