Paytaxtın müxtəlif rayonlarında mağazalardan oğurluq edən qadın tutulub. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
33 yaşlı Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini yayındırıb, daha sonra oğurluq edib. O, oğurluq əməllərini Bakının fərqli nöqtələrində edirdi.
Şübhəli şəxs saxlanılıb. Onun barəsində araşdırmalar davam edir.
[video width="352" height="304" mp4="https://bakuplus.az/storage/photos/2023/02/video-whatsapp-2023-02-03-v-14.35.11.mp4"][/video]