Bakı şəhəri, Nəsimi rayonundakı yanacaqdoldurma məntəqəsində qəza baş verib. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Hadisə 4-cü mikrorayon bazarının yaxınlığında qeydə alınıb. Avtomobilini yanacaqla təmin etmək məqsədilə 25 yaşlı Fərid Əsədzadə maşınından çıxıb. Bu zaman YDM-ə gələn digər avtomobil onu vuraraq F.Əsədzadəni ona məxsus maşına çarpıb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.