Bakıda 7 fevral, səhər saatlarında yanğın olub. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən mebel sexində baş vermiş yanğın nəticəsində ümumi sahəsi 200 kv. m olan mebel sexinin içərisində 10 kv.m sahədə taxta materiallar yanıb.
Sex və içərisindəki materialların böyük hissəsi yanğından mühafizə olunub.