Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 28 aprel tarixində APA məlumat verib.
Rayonun Şirin Mirzəyev küçəsində “Ford” markalı mikroavtobusun sürücüsü idarəetməni itirərək eyni istiqamətdə olan “Mercedes” markalı minik avtomobilinə çarpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Fakt araşdırılır.