Gecə ərzində baş vermiş yol qəzasında motosikletçinin əli sınıb. Bu haqda Report 10 yanvar tarixində xəbər verib.
Paytaxtın Nizami rayonunda 24 yaşlı Mirtosif Cəfərov, idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və beton maneəyə çırpılıb.
Xəstəxanaya çatdırılan yaralıya sol əlin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.