Bakıda cinayət əməlində təqsirləndirilən narkotik aludəçisi həbsxanada ölüb. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən və məhkəmə qərarı ilə həbs olunan 29 yaşlı Təbriz Şəfiyevin səhhəti istintaq təcridxanasına aparılarkən qəfil pisləşib. Ona ilkin tibbi yardım göstərilib. Bütün tibbi müdaxilələrə baxmayaraq, o, xəstəxanaya aparılarkən ölüb.
Hadisə ilə bağlı ekspertiza təyin olunub, mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. Baxış zamanı onun üzərində heç bir zorakılıq aləmətləri aşkar olunmayıb.