Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu haqda bu gün, 24 dekabr tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Emin Zeynalov “Mercedes” markalı avtomobilin sükanı arxasında taksi xidməti göstərən zaman polis əməkdaşları tərəfindən yoxlama-nəzarət məqsədilə saxlanılıb.
O, ilk sorğu zamanı narkotik maddə qəbul etdiyini etiraf edib. Daha sonra ekspertiza da iddianı təsdiqləyib.
Faktla bağlı toplanmış materiallar məhkəməyə göndərilib.
Bundan əvvəl, 20 dekabr tarixində paytaxtın Qaradağ rayonunda narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanılmışdır.
[caption id="attachment_21582" align="alignnone" width="800"]
Foto Baş Narkotiklərlər Mübarizə İdarəsinin rəsmi Youtube kanalı[/caption]