Paytaxtın Yasamal rayonunda, Kənar dairəvi yolda “Niva” markalı avtomobil yanıb. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətlərinə istinadən məlumat verir.
İlkin məlumata görə, alışma nəqliyyat vasitəsinin mühərrik hissəsindəki qısaqapanmadan baş verib. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları yanğını söndürüblər.
Faktla bağlı araşdırma aparılır.