Bakıda oğurluq edən şəxs 25 il polisdən necə gizlənib? Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən xəbər verir.
Hazırda 54 yaşı olan Lənkəranlı Rizvan Həsənov 1997-ci ildə Qaradağ Sement Zavodundan oğurluq edib. Həbs olunacağını başa düşən Rizvan məhkəməyə gəlməyib və Bakının kəndlərində gizlənməyə başlayıb. O, 25 il fəhləlik edərək və kirayələrdə qalaraq yaşayıb. Qohumları ilə əlaqə saxlamayıb, ailə həyatı qurmayıb.
Son illərdə isə onun barəsində cinayət işinin nə yerdə olması ilə bağlı məlumat almaq üçün ahıl yaşlı bir qohumuna müraciət edib. O, həmçinin sənədlərini bərpa etmək istəyib və qohumu ilə birlikdə Qaradağ Rayon Məhkəməsinə gedərək rəsmi ərizə də təqdim edib. Onun barəsində heç bir ittihamın olmadığını öyrənəndən sonra 9 noyabr 2022-ci ildə Rizvan öncə Lənkərandakı evinə gedib, daha sonra Bakıya gəlib.
Onun Bakıda olduğunu öyrənən polis əməkdaşları Rizvan Həsənovu Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində tutublar və barəsində cinayət işini bərpa ediblər, lakin R.Həsənov bəraət qazanıb və cinayət məsuliyyətindən azad olunub.
Onun hansı cinayəti törətdiyi barədə ətraflı məlumatı buradan öyrənmək mümkündür.