Paytaxtın Nərimanov rayonu, Sabit Rəhman küçəsində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
39 yaşlı Xalid İsmayılov supermarketin qarşısında məhsul yeşiklərini oğurlamaq istəyib. Bu zaman mühafizəçilər onu tutmağa çalışıblar. Qaça bilmədiyini başa düşən şəxs bıçaqla özünə xəsarət yetirib. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.