Bakıda sərnişin avtobusu ilə “Oka” toqquşub. Bu haqda APA xəbər verib.
Paytaxtın Suraxanı rayonunda 161 nömrəli sərnişin avtobusu ilə “Oka” markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan iki nəfər sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan iki nəfər çıxarılıb və aidiyyəti üzrə təhvil veriliblər.