Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 22 mart tarixində APA məlumat verib.
Rayonun Lütfi Zadə və Sarayevo küçələrinin kəsişməsində 23 yaşlı İlkin Səfərlinin idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Pakistan Respublikası vətəndaşı, 21 yaşlı Abdul Vahab Vasifin idarə etdiyi moped toqquşub.
Moped sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.