Bakıda qadına qarşı soyğunçuluq edən şəxs polislər tərəfindən tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 26 may tarixində xəbər verir.
Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində mayın 23-də Bakı şəhər sakini G.Salıyevanın, içərisində pulu və mobil telefonu olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Heydərov saxlanılıb.
Araşdırma aparılır.