Bakının Xətai rayonunda yol qəzasında piyada xəsarət alıb. Bu haqda bu gün, 27 mart tarixində Report məlumat verib.
19 yaşlı Taleh Həsənli yolu keçərkən onu “Hyundai” markalı avtomobil vurub. Yaralı gənc müştərək travma diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Hadisəni törədən şəxs isə ərazidən yayınıb. Fakt araşdırılır.